...

Seçici siyahılarının MSK-ya təqdim olunması başa çatıb

Siyasət Materials 5 Aprel 2008 13:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 aprel / Trend , müxbir S.İlhamqızı/ Dairə seçki komissiyaları diqiqləşdirilmiş seçici siyahılarının Mərkəzi Seçki Komissiyasına təqdim edilməsini bu gün başa çatdırıblar. Bu barədə Trend a MSK-dan məlumat verilib.

125 dairə seçki komissiyası seçici siyahıları üzərində işi martın 5-də başa çatdırıblar və MSK-ya təqdim etməyə başlayıblar. Aprelin 5-də siyahıların təqdim olunması prosesi yekunlaşıb.

MSK isə bu gündən etibarən siyahılar üzərində dəqiqləşmələr aparacaq və mayın sonuna kimi bu prosesi yekunlaşdıracaq. Mayın sonunda siyahılar yenidən dairə seçki komissiyalarına geri qaytarılacaq.

MSK-nın mayın sonunda keçiriləcək iclasında yekun siyahılar elan olunacaq və siyahılar komissiyanın rəsmi internet səhifəsində yerləşdiriləcək. Saytda seçki dairələrinin dislokasiyası, seçicilərin adı, soyadı, təvəllüdü, aid olduğu seçki məntəqəsi, məntəqənin ünvanı, xəritəsi, hətta ora gedən marşrut avtobuslar barədə məlumatlar yeləşdiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti