...

Parlamentin sədri türkmənistanlı həmkarını Azərbaycana səfərə dəvət edib

Siyasət Materials 7 Aprel 2008 18:13 (UTC +04:00)
Parlamentin sədri türkmənistanlı həmkarını Azərbaycana səfərə dəvət edib

Azərbaycan, Bakı, 07 aprel mart/ Trend , müxbir İ.Əlizadə/ Parlamentin sədri türkmənistanlı həmkarını Azərbaycana səfərə dəvət edib. "Biz hesab edirik ki, parlamentlər səviyyəsində əlaqələrimizin genişlənməsi informasiya və təcrübə mübadiləsi baxımından çox əhəmiyyətlidir", - deyə bazar ertəsi Azərbaycan parlamentinin sədri Oqtay Əsədov Türkmənistanın müdafiə naziri Ağagəldi Məmmədgeldiyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə bildirib.

Türkmənistanın müdafiə naziri bazar ertəsi Bakıya iki günlük rəsmi səfərə gəlib.

Spiker bildirib ki, Azərbaycan onunla eyni tarixi-mədəni köklərə malik olan Türkmənistanla əlaqələrin inkişafına böyük önəm verir: "Sürətlə inkişaf edən Azərbaycan, Türkmənistanla həyatın bütün sahələrində əməkdaşlığa hazırdır. İqtisadi sahədə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün geniş imkanlar var".

Məmmədgəldiyev Türkmənistanın günbəgün inkişaf edən Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa maraq göstərdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti