...

Azərbaycan Parlamenti Ermənistanın PKK-ya silah yardımı etməsini müzakirə edəcək

Siyasət Materials 10 Aprel 2008 14:00 (UTC +04:00)
Azərbaycan Parlamenti Ermənistanın PKK-ya silah yardımı etməsini müzakirə edəcək

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir Q.Cəbiyev/ Ermənistanın terrorçu PKK təşkilatına silah yardımı etməsi məsələsinin Azərbaycan Parlamentində müzakirəyə çıxarılması gözlənilir. Bu barədə cümə axşamı jurnalistlərə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov məlumat verib.

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan hökumətinin terrorçu PKK təşkilatına 2 milyon dollar dəyərində silah-sursat satdığı barədə məlumat yayıb.

PKK dünya dövlətləri tərəfindən terror təşkilatı kimi tanınıb. Hazırda Türkiyə hökuməti İraqın şimalında cəmləşən PKK terrorçularını zərərsizləşdirmək üçün əməliyyatlar aparıb.

Əsgərov deyib ki, Parlament bu məsələyə qiymət verməlidir. Onun sözlərinə görə, Ermənistanda terror dövlət siyasətidir və Azərbaycan rəsmi Yerevanın terror siyasətini ifşa edərək, bütün dünya ictimaiyyətinə çatdırmalıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti