...

AŞPA Ermənistandaki vəziyyətdən narahatdır – qurumun sədri

Siyasət Materials 14 Aprel 2008 16:30 (UTC +04:00)
AŞPA Ermənistandaki vəziyyətdən narahatdır – qurumun sədri

Fransa, Strasburq, 14 aprel / Trend , müxbir A. Məhərrəmli/ AŞPA Ermənistanda prezident seçkisindən sonra hakimiyyət və muxalifət arasında yaranmış böhrandan narahatdır. "Biz-- Assambleya və şəxsən mən, qurumun rəhbəri kimi, Ermənistandaki vəziyyətdən böyük narahatlıq hissi duyuruq", - deyə Avropa Şurası Parlament Assambleyasının sədri Luis Maria de Puiq bu gün mətbuat konfransında bildirib.

Sədr qeyd edib ki, AŞPA bu istiqamətdə artıq müəyyən işlər aparıb və indi də çalışır ki, vəziyyətin yaxşılaşdırması üçün yollar axtarsın. "Şəxsən mən özüm sonuncu dəfə Sankt-Peterburqda ölkənin spikeri cənab Torosyanla gorüşdə, ona bir daha AŞ -nın norma və standartlarını xatırlatmaga çalışdım və qurumun bir çox prinsiplərinin, standartlarının Ermənistan tərəfindən pozulması ilə bağlı fikirlərimi ona catdırdım"- deyə o əlavə edib.

Puiqin bildirdiyinə görə, AŞPA Ermənistandakı son seçkiləri həm müşahidə edib, həm də seçkilərdən sonra baş verən olaylar zamanı ekspertini göndərib ki, vəziyyəti yerində öyrənsin. "Bu qəbuledilməz vəziyyətdən çıxmaq uçün biz bəzi təkliflərimizi də çatdırmışdıq. Əgər Ermənistan rəhbərliyi, həqiqətən, AŞ prinsiplərinə qoşulursa və əgər göturdükləri öhdəliklərə görə bütün şərtləri qəbul edirsə, o zaman biz də öz tərəfimizdən elə etməliyik ki Ermənistan bəzi pozulmuş elementləri düzəltsin. Biz artıq bu məsələni müzakirə etmək qərarına gəlmişik ve muzakirələrdən sonra, təbii ki, biz tərəfdən tövsiyə xarakterli də sənəd qəbul ediləcək ve AŞPA da Ermənistanla bagli müzakirələr aparılacaq və mövqe ortaya qoyulacaq", - deyə Puiq bildirib.

"Biz inanırıq ki, Ermənistan qurumun prinsiplərini qəbul edir ve yerinə yetirmeye çalışır, lakin problemlər olduqda biz də öz tərəfimizdən, bütün digər dövlətlərə qarşı münasibət göstərdiyimiz kimi, Ermənistana da AŞ-nin standartlarını qəbul etməsini təkid edəcəyik " - deyə AŞPA sədri qeyd edib.

Xəbər lenti

Xəbər lenti