...

Azərbaycanın Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 15 Aprel 2008 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 14-də saat 18.30-dan aprelin 15-i saat 03.00-dək ara-sıra Ermənistan Respublikası Berd və Krasnoselsk rayonları ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz və Gədəbəy rayonları sahəsindəki mövqelərini, saat 15.40-dan gecə saat 02.45-dək fasilələrlə Xocavənd və Füzüli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə, o cümlədən Aşağı Veysəlli və Qərvənd kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.50-dən 23.50-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 23.40-dan aprelin 15-i saat 01.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, aprelin 15-də saat 01.25-dən 01.35-dək Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda cavab atəşilə düşmən susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti