...

Azərbaycanda qanunsuz dövriyyədən çıxarılan narkotiklərin miqdarı artıb

Siyasət Materials 15 Aprel 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Respublikda qanunsuz dövriyyədən çıxarılan narkotiklərin miqdarı artıb.

Bu barədə çərşənbə axşamı BMT-nin İnkişaf Proqramının Cənubi Qfqazda narkotiklərə Nəzarət Proqramının Azərbaycan üzrə əlaqələndiricisi Məzahir Əfəndiyev məlumat verib.

Əfəndiyev bildirib ki, ötən il respublikada narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 2376 cinayət faktı qeydə alınıb. 2006-cı ildə isə bu göstərici 2309 olub. Narkotika cinayətlərinə görə 2141 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Onlardan 49-u xarici ölkə vətəndaşı olub. Xarici ölkə vətəndaşları sırasında İran, Afrika ölkələrinin, Rusiyanın, Türkiyənin vətəndaşları olub. Xarici vətəndaşlardan 92 kiloqram müxtəlif növ narkotik vasitə götürülüb.

Ötən il ərzində qanunsuz dövriyyədən çıxarılan 1 ton 150 kiloqram narkotikanın 496 kiloqramı Milli Təhlükəsizlik, 338 kiloqramı Daxili İşlər nazirlikləri, 197 kiloqramı Dövlət Sərhəd Xidməti, 123 kiloqramı isə Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən dövriyyədən çıxarılıb.

Əfəndiyev bildirib ki, respublikada 21 min 180 narkoman rəsmi qeydiyyatdadır. Onların 374-ü qadın, 32-si isə 14-17 yaş həddində olanlardır.

2007-ci ildə məhkəmələr tərəfindən 2305 məhkum üçün məcburi müalicə təyin olunub.

Əfəndiyev son illərdə Azərbaycanda narkotiklərə gənclər arasında meylin artmasından narahatlığını bildirib və problemlə mübarizə istiqamətində müvafiq tədbirlərin görüldüyünü deyib.

Narkotiklərin qanunsuz dövriyyəsi, narkomaniya ilə mübarizə istiqamətində 2000-2006-cı illərdə birinci Dövlət Proqramı, 2007-2012-ci illəri əhatə edən ikinci Dövlət Proqramı qəbul edilib. Ali Məhkəmə tərəfindən 2002-2006-cı illərdə baxılmış cinayət işləri üzrə cinayətlərin təhlili aparılıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti