...

Azərbaycan hərbi islahatları sürətləndirib – ABŞ Milli Qvardiyasının rəhbəri

Siyasət Materials 17 Aprel 2008 16:33 (UTC +04:00)
Azərbaycan hərbi islahatları sürətləndirib – ABŞ Milli Qvardiyasının rəhbəri

Azərbaycan, Bakı, 17 aprel/ " , müxbir K. Ramazanova/ Azərbaycan orduda islahatların aparılması üçün əhəmiyyətli addımlar atıb. ABŞ Milli Qvardiyasının rəhbəri belə hesab edir.

"İslahatlar yavaş-yavaş həyata keçirilib, lakin indi bu proses daha fəal şəkil alıb", - Oklahoma ştatının Milli Qvardiyasının rəhbəri Harri Vayt cümə axşamı Bakıda jurnalistlərə bildirib.

Vayt Azərbaycan və ABŞ arasında beşinci hərbi məsləhətləşmələrdə iştirak etmək üçün Bakıya gəlib. Məsləhətləşmələr aprelin 15-16-da keçirilib. Məsləhətləşmələrin məqsədi Azərbaycan və NATO arasında Fərdi Tərəfdaşlıq Fəaliyyət Planının yerinə yetirilməsi səviyyəsinin müəyyən edilməsi, Azərbaycan ordusunun formalaşdırılmasında ABŞ tərəfindən yardımın göstərilməsi, həmçinin islahatların keçirilməsindən ibarətdir.

"Hər məsləhətləşmə gələcək nəsil üçün irəliyə atılmış addım ola bilər", - Vayt bildirib.

O qeyd edib ki, islahatlar çətin və uzun bir prosesdir. "Hətta ABŞ-ın güc strukturları da özünün keçid mərhələsini yaşayır", - Vayt əlavə edib.

Xəbər lenti

Xəbər lenti