...

Azərbaycan prezidentliyinə daha bir namizəd müəyyənləşdi

Siyasət Materials 5 May 2008 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 may / Trend , müxbir C.Babayeva/ "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov prezident seçkisində iştirak etmək qərarı verib. Bu barədə bazar ertəsi Trend -a Namazovun özü bildirib.

Namazov 1993-1999-cu illərdə prezident köməkçisi və Prezident Katibliyinin rəhbəri olub.

Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək.

Müxalifət düşərgəsindən Müsavat Partiyasının sədri İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Yaşıllar partiyasının sədri Mais Güləliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Hakim Yeni Azərbaycan Partiyası seçkidə partiyanın sədri, prezident İlham Əliyevin namizədliyini irəli sürəcəyini bəyan edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - trend

Xəbər lenti

Xəbər lenti