...

Azərbaycan prezidenti Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş xatirə gecəsində iştirak etimşdir

Siyasət Materials 11 May 2008 01:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə həsr edilmiş xatirə gecəsi iştirak etimşdir.

Tədbir mayın 10-da Bakıda "Gülüstan" sarayında keçirrlmişdir. Tədbirdə dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyevanı iştrak etmişlər.

Xatirə gecəsində nitq söyləyən Prezident İlham Əliyev vurğuladı ki, ictimai, siyasi quruluşundan asılı olmayaraq, ulu öndər Heydər Əliyev bütün dövrlərdə doğma Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Ulu öndərin respublikaya rəhbərliyinin birinci dövründə gördüyü böyük işləri, Azərbaycanı ən geridə qalmış respublikadan öncül yerə çıxardığını xatırladaraq dedi ki, o vaxt yaradılmış iqtisadi potensial, infrastruktur hazırda müstəqil Azərbaycana xidmət edir.

Dövlətimizin başçısı bildirdi ki, ulu öndər Moskvada SSRİ-nin rəhbərlərindən biri olduğu illərdə də Azərbaycanın inkişafı üçün çalışırdı. Lakin Qorbaçov və onun ətrafındakı düşmənlərimizin əli ilə hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra nəinki o özü cürbəcür təzyiqlərə məruz qaldı, eyni zamanda, səriştəsiz, xalqdan uzaq rəhbərlər sayəsində Azərbaycan tənəzzülə, böhrana doğru getməyə başladı. Xalqımız Qarabağ münaqişəsi ilə üzləşdi, Qanlı Yanvar qırğınına məruz qaldı. Halbuki, Heydər Əliyev hakimiyyətdə olsaydı, bunların baş verməsi mümkün deyildi. Çünki Heydər Əliyev gördüyü bütün işlərlə xalqın məhəbbətini qazanmışdı. Bu məhəbbət 1993-cü ildə də həlledici oldu. Çətin sınaqlarla üz-üzə qalan xalq inandığı, sevdiyi liderini yenidən hakimiyyətə dəvət etdi. Heydər Əliyev gəldi və dövlətçiliyi xilas etdi, ölkəni inkişaf yoluna çıxardı, Azərbaycanı bütün dünyada tanıtdı.

Biz bugünkü bütün uğurlarımızı Heydər Əliyevin siyasəti sayəsində qazanmışıq. Bu mənada Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi rəhbəri olmuşdur.

Prezident İlham Əliyev ulu öndərin həmişə qalib olduğunu vurğulayaraq dedi: "O, bütün döyüşlərdən qalib kimi çıxıb və heç kim ona qalib gələ bilməmişdir. 1987-ci, 1990-cı, 1991-ci illərdəki müvəqqəti məğlubiyyət, əslində, məğlubiyyət deyildi. Əslində, o, yeni güclə, yeni enerji ilə siyasi mübarizəyə qoşuldu, yenidən qələbə qazandı və tarixdə qalib kimi qaldı. Heç kim və heç nə ona qalib gələ bilmədi. Nə xarici düşmənlər, nə də Azərbaycanda özünü ona rəqib qismində təqdim etməyə çalışanlar, bəzi uğursuz siyasətçilər. Ona zaman da qalib gələ bilmədi.

Xəbər lenti

Xəbər lenti