...

Azərbaycan prezidenti Çin Xalq Respublikasının sədrinə başsağlığı verib

Siyasət Materials 13 May 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 may/ Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 13-də Çin Xalq Respublikasının sədri Hu Szintaoya ölkəsində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı başsağlığı verib.

Prezident öz adından və Azərbaycan xalqı adından həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verib, dəhşətli təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb və xəsarət alanlara şəfa diləyib.

Xəbər lenti

Xəbər lenti