...

Ukrayna prezidenti və Baş naziri arasında razılaşma əldə olunmayıb - kiyevli ekspert

Siyasət Materials 15 May 2008 12:26 (UTC +04:00)

Ukrayna, Kiyev, 14 may / Trend , müxbir Z.Novosvitski / Ukraynalı ekspert Kost Bondarenko hesab edir ki, Ukrayna prezidenti Viktor Yuşenko və Baş nazir Yuliya Timoşenko bugünkü görüşdə hər hansı bir razılaşma və mövqe həmrəyliyinə gələ bilməyiblər.

"Görünür, razılaşma əldə olunmayıb. Tərəflər arasında hər hansı bir güzəşt əldə olunsaydı, görüşdən sonra mətbuata bəyanat verilərdi", - Qorşenin adına Kiyev İdarəetmə Problemləri İnstitutunun direktoru Bondarenko Trend -a bildirib.

Ukraynanın Baş naziri Timoşenko bugün prezident Yuşenko ilə görüşə dəvət edilib. Prezidentə müxalif mövqedə olan Timoşenko, jurnalistlərə bu görüşün "nəzakət dəvəti" xarakteri daşıdığını bildirib, həmçinin son aylar belə təklif almadığını əlavə edib.

Politoloqun rəyinə görə, bugünkü mübahisənin əsasında iqtisadi məsələlər, xüsusilə ölkədə aparılan özəlləşdirmə ilə bağlı prezident və Baş nazirin müxtəlif fikirlərdə olması durur. Prezident həmçinin hökumətin apardığı aqrar siyasətdə olan nöqsanları xüsusilə qeyd edir. "Bu gün ölkədə gedən bütün proseslər prezident seçkilərinə hesablanıb", - Bondarenko əlavə edib. "Lakin prezident seçkilərində uğurla çıxış etmək üçün nüfuzlu qrup, şərti desək, komanda yaratmaq lazımdır. Lazımi mühiti yaratmaq üçün komandada şəxsi sahibkarlar olmalıdır", - o deyib.

Ekspertin fikrincə, məsələyə bu nöqteyi-nəzərdən baxdıqda, bu gün çox hadisələr ölkədəki iri obyektlərdən biri olan Odessa limanyanı zavodun özəlləşdirilməsindən asılıdır: "Timoşenkonun seçkiqabağı vədlərini yerinə yetirməsi, komandasına bəzi oliqarxların cəlb olunması, məhz sözügedən özəlləşdirmədən asılı olacaq. Qeyd etmək lazımdır ki, bəzi oliqarxlar Timoşenkonu dəstəkləyib-dəstəkləməyəcəklərini hələ də müəyyənləşdirməyiblər".

Bondarenko hesab edir ki, Ukraynadaki siyasi böhran bir neçə həftə ərzində həll oluna bilər, "çünkü mübahisə edən tərəflərdən heç biri parlamentin buraxılmasına hazır deyil" (parlament 30 gün fəaliyyət göstərmədiyi halda prezident bu huququ əldə edir).

Ekspert böhranın finalında, tam kompromis əldə olunarsa, "happy end", ya da tam süqut və keçmiş koalisiya üzvləri arasında açıq mübarizə proqnozlaşdırır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti