Azərbaycan, Bakı, 15 may / Trend , müxbir E.Babayev/ Azərbaycan Diplomatik Akademiyası 2009-cu ildən etibarən iki illik magistr proqramını reallaşdırmağa başlayacaq. "İlkin olaraq 25-50 arasında tələbəyə dərs keçirilməsi nəzərdə tutulur", cümə axşamı jurnalistlərə Akademiyanın rektoru Hafiz Paşayev bildirib.
Akademiya 2006-cı ilin 6 mart tarixində prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.
Paşayev qeyd edib ki, Akademiya üçün yeni binanın inşası yekunlaşandan sonra tələbələrin sayı artırılacaq. Hazırda magistr proqramının hazırlanması ilə bağlı işlər davam edir. "Biz 2006-cı ildən təlim proqramları həyata keçiririk. Dövlət qurumlarının əməkdaşları, diplomatlar üçün xarici siyasət, beynəlxalq əlaqələrlə bağlı tədris aparılır. Demək olar ki, bütün dövlət qurumlarının əməkdaşları bu tədrisdə iştirak ediblər" Paşayev əlavə edib.
Paşayev Akademiyaya rektor təyin olunana qədər Azərbaycanın ABŞ-da səfiri vəzifəsində çalışıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]