...

Bakı Şəhər İcra Hakimiyyəti Müsavatın aksiyasına icazə verib

Siyasət Materials 16 May 2008 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may / Trend , müxbir E.Babayev /

Bakı Şəhər İcra Hakimiyyəti cümə günü müxalif Müsavat Partiyasının mayın 18-də keçirmək istədəyi aksiyanın keçirilməsi ilə bağlı müraciətə cavab verib. Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının Trend a verdiyi məlumata görə, meriya cavab məktubunda aksiyanın "Bibiheybət" qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müsavat meriyaya göndərdiyi məktubda aksiyanın keçirilməsi üçün Füzuli meydanını, "Təbriz" (keçmiş "Sevinc") kino- teatrının qarşısındakı ərazi, Ukrayna meydanı, keçmiş "Qələbə" kino-teatrının qarşısı və "Nərimanov" metrostansiyası qarşısını göstərmişdi. Bundan əvvəl Müsavat mayın 4-də mitinq keçirmək niyyətində idi. Meriya mayın 1-də partiyaya verdiyi cavabda aksiyanın "Bibiheybət" qəsəbəsində keçirilməsinə icazə vermişdi. Aksiynın məqsədi ərzaq məhsullarının qiymətlərinin süni şəkildə qaldırılmasına və Seçki Məcəlləsinə dəyişikliklər zamanı müxalifətin tələblərinin nəzərə alınmamasına etiraz etməkdir.

Hacılı bildirib ki, aksiya meriyanın təklif etdiyi yerdə keçirilməyəcək. "Heç bir səbəb göstərilmədən bizə "Bibiheybət" qəsəbəsi təklif olunub" - deyə o qeyd edib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti