...

MSK rəhbəri hesab edir ki, Azərbaycanda hər kəs prezident postuna iddia etmək hüququna malik deyil (video)

Siyasət Materials 20 May 2008 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may / Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri hesab edir ki, Azərbaycan prezidenti postuna iddia edən hər bir kəs seçkilərdə mənəvi cəhətdən iştirak hüququna malik deyil.

"Azərbaycanda təxminən beş milyonluq seçici sayından 45 min imza toplaya bilməyən şəxs dövlət başçısı postunu tuta bilməz", - deyə çərşənbə axşamı Bakıda MSK sədri Məzahir Panahov bildirib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək.

Azərbaycanın Seçki Məcəlləsinə əsasən, MSK-da Azərbaycan prezidenti postuna namizəd qismində qeydiyyatdan keçmək istəyən şəxs 45 min seçici imzası toplamalıdır.

Məcəlləyə müvafiq olaraq, lazımi miqdarda səs toplaya bilməyən iddiaçılar Azərbaycanın Seçki Məcəlləsinə yeni düzəlişlərdə nəzərdə tutulan 300 min manat məbləğində depozit ödəməlidirlər. Həmin layihə parlament tərəfindən mayın 30-da nəzərdən keçiriləcək. (Əvvəllər bu məbləğ 33 min manat təşkil edirdi).

Ekspertlər hesab edirlər ki, əgər parlament kifayət sayda seçici imzası toplaya bilməyən namizədlər üçün depozit məbləğinin artırılması barədə qərar qəbul edərsə, Azərbaycan müxalifəti seçki prosesindən kənarda qalacaq.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti