...

Türkiyə və Azərbaycanın Baş nazirləri ikitərəfli münasibətləri bağlı qapılar arxasında müzakirə ediblər

Siyasət Materials 21 May 2008 17:38 (UTC +04:00)
Türkiyə və Azərbaycanın Baş nazirləri ikitərəfli münasibətləri bağlı qapılar arxasında müzakirə ediblər

Türkiyə, Ankara, 21 may / " müxbir T.Əliyev/ Türkiyə və Azərbaycanın Baş nazirləri Rəcəb Tayyıp Ərdoğan və Artur Rasizadə çərşənbə günü Ankarada ikitərfli münasibətlərin inkişaf məsələlərini müzakirə ediblər.

Azərbaycanın nümayəndə heyətindəki mənbədən Trend a verilən məlumata görə, bağlı qapılar arxasında keçən görüşdə iki ölkə arasında ticari-iqtisadi və mədəni münasibətlərin genişləndirilməsi məsələləri müzakirə olunub. Mənbədən bildirilib ki, görüş zamanı iki ölkə arasında hansısa məsələ üzrə fikir ayrılığının olamadığı qeyd olunub.

Çərşənbə günü Baş nazir Artur Rasizadənin rəhbərlik etdiyi Azərbaycanın hökumət üzvlərindən ibarət nümayəndə heyəti Ankaraya səfər edib. Nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Abid Şərifov, ARDNŞ prezidenti Rövnəq Abdullayev, xarici işlər nazirinin müavini Xələf Xələfov daxildirlər.

Səfər proqramında Tüurkiyənin parlament sədri Köksal Toptan və prezident Abdullah Gül ilə görüşlər nəzərdə tutulub.

Məqalə müəllifi ilə əlaqə üunvanı: trend

Xəbər lenti

Xəbər lenti