Azərbaycan, Bakı, 26 may / Trend / Azərbaycan prezidenti İlham Əliyev mayın 26-da Finlandiyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Petri Salonun etimadnaməsini qəbul edib.
Görüşdə Azərbaycan-Finlandiya əməkdaşlığının uğurla inkişaf etdiyi, ölkələrimiz arasında fəal siyasi dialoqun aparıldığı vurğulanıb. Səfir Petri Salo Azərbaycanda səlahiyyəti dövründə qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.