...

Azərbaycan prezidentiDövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak edib

Siyasət Materials 26 May 2008 20:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 26may/ Trend / Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva bazar ertəsi Azərbaycan Dövlət Rus Dram Teatrı binasının bərpa və yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak ediblər. Teatrda aparılan əsaslı bərpa və yenidənqurma işləri ilə tanışlıqdan sonra Prezident İlham Əliyev baş rejissor, xalq artisti Aleksandr Şarovskiyə "Şöhrət " ordenini təqdim edib, teatrın yaradıcı kollektivi ilə görüşüb söhbət edib. Yaradıcı kollektivin üzvləri Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə xatirə şəkli çəkdiriblər.

Xəbər lenti

Xəbər lenti