...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası nüfuzsuz qurumların "exit-poll" keçirməsində maraqlı olmayacaq

Siyasət Materials 28 May 2008 11:05 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 may/ Trend , müxbir E.Babayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkisində nüfuzsuz qurumların "exit-poll" keçirməsində maraqlı olmayacaq. "Biz əsasən "exit-poll" aparan təşkilatın dövlət qeydiyyatının olub-olmamasına deyil, onun nə dərəcədə tanınmasına və "exit-poll" kecirmək iqtidarında olub-olmadığına diqqət yetirəcəyık" çərşənbə günü Trend -a MSK katibi Natiq Məmmədov deyib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15-də keçiriləcək. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, ADP sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Naminə İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası isə hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir.

Üç müxalifət partiyasının (Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku isə seçkiləri boykot etmək niyyətindədir.

Məmmədov bildirib ki, seçkilərin nəticələrinin rəsmi qaydada müəyyən edilməsi MSK-nın səlahiyyətindədir. "Exit-poll" isə komissiyaların fəaliyyətinin, nəticələrin müəyyən edilməsinin bir növ təftişidir. "Ümumiyyətlə, "exit-poll"un təşkilatlar tərəfindən müstəqil qaydada kecirilməsi ücün hec bir maneə yoxdur. Bildiyiniz kimi, ötən seckilərdə "exit-poll" kecirən təşkilatlara kömək edilməsi ilə bağlı qərar qəbul edilmişdi. "Exit-poll" aparan təşkilatların kecirdiyi sorğuların nəticələrinin rəsmi orqanların nəticələrinə etibar yaratmaq və yaxud şübhə altına almaq baxımından təsiri yox deyil. Biz maraqlıyıq ki, "exit-poll" nüfuzlu təşkilat tərəfindən aparılsın, yaxşı təcrübəyə malik olub, apardığı sorğu elmi -məntiqi əsaslara söykənsin və insanlarda heç bir tərəddüd oyatmasın. "Exit-poll" keçirən təşkilat kiminsə nəzarəti altında olmamalıdır" - deyə Məmmədov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti