...

Azərbaycan prezidenti Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavinini qəbul edib

Siyasət Materials 2 İyun 2008 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı,02 iyun / Trend / Prezident İlham Əliyev bazar ertəsi Norveçin dövlət katibi, neft sənayesi və energetika nazirinin müavini xanım Liv Monika Stabholdtun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 15-ci Beynəlxalq Xəzər neft və qaz sərgisində iştirak etmək üçün Bakıya səfər etdiyini bildirən Stabholdt Azərbaycanın istər regional baxımdan, istərsə də iqtisadi potensialına görə çox önəmli bir ölkə olduğunu vurğulayıb. Qonaq Beynəlxalq Xəzər neft və qaz sərgisinin qlobal neft sənayesində kifayət qədər əhəmiyyətli bir hadisəyə çevrildiyini, müxtəlif sahələrin nümayəndələrinin bir araya gəlməsi üçün bu tədbirin yaxşı imkanlar yaratdığını deyib. Dövlətimizin başçısı beynəlxalq konfransların keçirilməsində ölkəmizin artıq zəngin təcrübəyə malik olduğunu, Xəzər neft və qaz sərgisinin də gözəl bir ənənəyə çevrildiyini vurğulayıb. Prezident İlham Əliyev məmnunluqla bildirib ki, Beynəlxalq Xəzər neft və qaz sərgisinə dünyada çox böyük maraq var. Görüşdə Azərbaycanla Norveç arasında energetika sahəsində uzun illər səmərəli əməkdaşlığın həyata keçirildiyiqeyd olunub.

Xəbər lenti

Xəbər lenti