Özbəkistan, Daşkənd, 04 iyun / Trend , müxbir B.Abdullayev/ ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Aleksandr Stabb Mərkəzi Asiya ölkələrinə rəsmi səfər çərçivəsində Daşkəndə gəlib.
ATƏT-in Daşkənd ofisinin verdiyi məlumata görə, səfər gündəliyində prezident, XİN başçısı və Özbəkistan parlamentinin sədri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. ATƏT sədri təşkilata üzv dövlətlər tərəfindən beynəlxalq öhdəliklərin yerinə yetirilməsi, insan haqları, sərhədlərin təhlükəsizliyi, ətraf mühtin mühafizəsi, regional əməkdaşlıq, regionda stabilliyin möhkəmləndirilməsi məsələlərini müzakirə edir. Stabb Özbəkistanda Əfqanıstanla bağlı problemi də müzakirə etmək niyyətindədir.
Stabbın Daşkəndə səfəri iyunun dördündə başa çatacaq.