...

Azərbaycanın cənub sərhədlərini pozan iranlılar saxlanılıb

Siyasət Materials 5 İyun 2008 16:14 (UTC +04:00)

Azərbaycan,Bakı,05 İyun / Trend , müxbir K.Zərbalıyeva/ Cəlilabad rayonu ərazisində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirmək istəyən İran vətəndaşları ilə sərhədçilər arasında qarşıdurma olub.

Dövlət Sərhəd Xidmətinin çərşənbə günü yaydığı məlumatda bildirilir ki, rayonun Edişə kəndində yerləşən sərhəd zastavasının ərazisində, sərhədçilərin tələblərinə tabe olmayan 4 nəfər İran vətəndaşı sərhədçilərə atəş açıb.

Sərhədçilər cinayətin qarşısını almaq üçün qaçaqmalçılara qarşı silah tətbiq edib.

Silahlı insident zamanı qaçaqmalçılardan biri ölüb, ikisi xəsarət alıb.

DSX-dən bildirilib ki, digər 3 İran vətəndaşı saxlanılıb. Xəsarət alan iranlılar Cəlilabad rayon mərkəzi xəstəxanasında müalicə olunurlar.

Hadisə yerindən sərhəd pozucularına məxsus 39 kq həşiş qətranı, 3 kq kristal formada heroin, 1 ədəd AKMS markalı avtomat, 2 ədəd müasir gecəgörmə cihazı, 4 mobil telefon, 5900 ABŞ dolları aşkar edilərək götürülüb.

Faktla bağlı DSX-nin İstintaq İdarəsində cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti