...

Azərbaycanın hakimiyyətyönlü bloku prezidentliyə namizədini müəyyənləşdirib

Siyasət Materials 5 İyun 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 iyun/ Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın hakimiyyətyönlü siyasi partiyaların təmsil olunuduğu Məşvərət Məclisi prezident seçkisində hakimiyyətin namizədi, hazırki prezident İlham Əliyevin namizədliyini dəstəkləyəcək. "Məşvərət Məclisində təmsil olunan partiyalar hakimiyyətin siyasətini dəstəkləyirlər və prezident seçkilərində də hakim Yeni Azərbaycan Partiyasının namzədini müdafiə edəcəklər" - cümə axşamı Trend -a Məşvərət Məclisinin sədri, deputat Mübariz Qurbanlı bildirib.

Trend -un arayışı Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçiriləcək. Hakim Yeni Azərbaycan Partiyası (YAP) təşkilatın sədri, hazırki prezident İlham Əliyevin namizədliyini irəli sürüb.

Məclis 1998-ci ildə hakimiyyətin namizədinin müdafiəsi məqsədi ilə formalaşıb. Bu il fevralın 28-də rotasiyaya uyğun olaraq, Məşvərət Məclisinə sədrlik DADP-dan YAP-a keçib. Məşvərət Məclisində Yeni Azərbaycan, Ana Vətən, Sosial Rifah, Demokratik Maarifçilik, Respublikaçılar, Demokratik Azərbaycan Dünyası, Milli Dövlətçilik və Azərbaycan Naminə Alyans partiyaları təmsil olunur.

Qurbanlı qeyd edib ki, Məşvərət Məclisinə daxil olan partiyalar ayrı-ayrılıqda keçirdikləri toplantılarda YAP-nın namizədinin müdafiə olunması ilə bağlı qərar qəbul edəcəklər: "Prezident seçkilərinə start verildikdən sonra partiyaların iclasları keçiriləcək və YAP-nın namizədinin müdafiə olunması ilə bağlı qərar qəbul olunacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti