...

Rusiya və Azərbaycan prezidentləri arasında "olduqca səmimi və açıq söhbət" baş tutub - Sergey Prixodko

Siyasət Materials 6 İyun 2008 17:28 (UTC +04:00)
Rusiya və Azərbaycan prezidentləri arasında "olduqca səmimi və açıq söhbət" baş tutub - Sergey Prixodko

Rusiya və Azərbaycan prezidentləri - Dmitri Medvedyev və İlham Əliyev arasında "olduqca səmimi və açıq söhbət" baş tutub. İTAR-TASS -ın verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Rusiya dövlət başçısının köməkçisi Sergey Prixodko bildirib.

"Azərbaycan prezidenti ilə olduqca səmimi və açıq söhbət baş tutub, təkcə siyasi dialoqa deyil, həmçinin, ticari-iqtisadi əməkdaşlıq üzrə ciddi tərəqqiyə yüksək qiymət verilib", - deyə o bildirib. Prixodko vurğulayıb ki, iki ölkə arasında "mal dövriyyəsi artır və onun strukturu genişlənir ". Kreml nümayəndəsi qeyd edib ki, Moskva "Azərbaycanın humanitar əməkdaşlığa ayırdığı diqqətin, həmçinin, rus dili və mədəniyyətinə dəstək göstərməsinin əhəmiyyətini" qiymətləndirir. "Prezidentlər yanacaq-energetika sahəsinə də diqqət ayırıb, kənd təsərrüfatı məsələlərinə, son zamanlar aktual olan ərzaq proqramına, regionda vəziyyətə də toxunublar", - deyə Prixodko bildirib.

"Azərbaycan prezidenti Ermənistan prezidenti ilə yenicə keçirilən görüşü barədə təəssüratlarını bölüşüb", - deyə Rusiya prezidentinin köməkçisi bildirib.

Xəbər lenti

Xəbər lenti