...

İşgüzar qadınlar Astanada toplaşacaqlar

Siyasət Materials 11 İyun 2008 17:46 (UTC +04:00)

Qazaxıstan, Astana, 11 iyun/ Trend , müxbir R.Məşədihəsənli/ İyunun 25-26-da Astanaad İkinci Avrasiya Qadınlar Sammiti keçiriləcək. Bu barədə çərşənbə günü sammitin mətbuat katibi Aygül Aliyasova məlumat verib.

Sammitdə 400-dən çox qadın - Qazaxıstan, Rusiya, ABŞ, Almaniya, Böyük Britaniya, Latviya, Özbəkistan, Qırğızıstan və digər ölkələrin ictimai, siyasi və biznes-dairələrinin rəhbərləri, liderləri iştirak edəcəklər.

Sammit çərçivəsində "Qarşılıqlı əlaqə vasitəsilə irəliləyiş" mövzusunda beynəlxalq konfrans keçiriləcək. Aliyasova bildirib ki, konfransda bir sıra aktual problemlər - gender siyasətinin irəliləməsi üçün innovasiyalar, əmək bazarı və biznesdə rəqabətqabiliyyətlilik və liderlik, sahibkarlıq və gənclik problemləri müzakirə olunacaq, təcrübə mübadiləsi aparılacaq.

İlk sammit 2006-cı ildə keçirilib və dünyanın 20 ölkəsindən nümayəndəiştirak edib. Qarşıdakı İkinci Avrasiya Qadınlar Sammiti Qazaxıstan paytaxtının 10 illiyinin bayram edilməsi ərəfəsində keçiriləcək.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti