...

GUAM-ın sammitində tərəfdaş ölkələrin prezidentlərinin iştirakı gözlənilir

Siyasət Materials 12 İyun 2008 19:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 iyun/ Trend , müxbir S.Ağayeva/ "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM"ın tərəfdaşları olan ölkələrin prezidentləri təşkilatın qarşıdakı sammitinə dəvət olunublar.

İyulun 1-2-də Batumidə keçiriləcək sammitdə iştirak üçün Polşa, Rumıniya, Baltikyanı dövlətlərin prezidentlərinə, həmçinin, təşkilatda müşahidəçi statusuna malik beynəlxalq təşkilatların rəsmi şəxslərinə göndərilib. Bu barədə cümə axşamı Trend -a təşkilatın katibliyindən məlumat veriblər.

Kiyevdən, katiblikdən bildiriblər ki, sammitin proqramı iyunun 25-də Batumidə, Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovadan olan milli koordinatorların görüşündə razılaşdırılacaq.

GUAM dövlət başçılarının sammitinədək təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasının keçirilməsi planlaşdırılır.

GUAM-ın formatı 1999-cu ildə Avropa İttifaqının dövlət başçılarının Strasburq görüşü ərəfəsində yaradılıb. 1999-cu ildə Özbəkistan bu formata daxil olsa da, dörd ildən sonra onu tərk edib. 2006-cı ildə Kiyevdə ilk sammit zamanı GUAM-ın beynəlxalq təşkilat və "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat- GUAM" kimi elan olunması haqda qərar qəbul olunub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti