...

Baykal-Amur magistralındakı Anqoya stansiyasının vağzalına Heydər Əliyevin adı veriləcək

Siyasət Materials 20 İyun 2008 17:54 (UTC +04:00)

Baykal-Amur magistralındakı (BAM) Anqoya stansiyasının vağzalına SSRİ və Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin adı veriləcək. Bu barədə " İTAR-TASS "ın müxbirinə Şərqi-Sibir Dəmir Yolu İdarəsindən - "Rusiya dəmir yolları" şirkətinin filialından məlumat verilib.

Anqoya stansiyası 1181 kilometrlik Zabaykal magistralında yerləşir. Onun qəsəbəsini 25 il əvvəl Azərbaycandan gələn gənclər tikiblər. Bunu milli koloritli elementlər və ağ Zaqafqaziya mərməri ilə işlənmiş vağzal binası da xatırladır. 1984-cü ildə, BAM üzrə ikitərəfli hərəkət stansiyasının açılışından əvvəl SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev buranı ziyarət etmişdi.

"Anqoyada keçiriləcək açılış mərasimi iyulun ortalaına nəzərdə tutulub, hələ ki, mərasimə hazırlıq prosesi gedir. Vağzalyanı meydanın yenidən qurulması başa çatdırılır, dəmiryolçular qəsəbəsi abadlaşdırılır. Tədbirə Moskva, Bakı, Severobaykalsk, Ulan-Ude, İrkutsk və digər şəhərlərdən qonaqların gələcəyi gözlənilir", - deyə dəmir yolu idarəsindən bildiriblər.

Xəbər lenti

Xəbər lenti