...

AŞPA rəhbəri Azərbaycan, Ermənistan və Moldovaya səfər edəcək

Siyasət Materials 23 İyun 2008 15:46 (UTC +04:00)

Fransa, Strasburq, 23 iyun / Trend , müxbir A.Məhərrəmli / Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Luis Mariya de Puç yaxın vaxtlarda Azərbaycan, Ermənistan və Moldovaya səfər etmək niyyətindədir. Regiona səfəri barədə bazar ertəsi AŞPA rəhbəri Strasburqda keçirilən mətbuat konfransı zamanı məlumat verib.

Onun sözlərinə görə, səfər Parlament Assambleyasının iyunun 27-də başa çatacaq yay sessiyasından sonra həyata keçiriləcək. Luis Mariya de Puç səfərin detallarıı barədə məlumat verməyib.

Bazar ertəsi Strasburqda AŞPA-nın beş günlük sessiyası öz işinə başlayıb. Burada Azərbaycanda demokratik institutlar, həmçinin, Ermənistanda fevralda keçirilən prezident seçkilərindən sonrakı vəziyyət müzakirə olunacaq.

Luis Mariya de Puç Azərbaycan və Ermənistandakı müzakirələr ilə bağlı məsələni şərh etməyib. O, KİV-i AŞPA Monitorinq Komitəsinin bu ölkələr üzrə həmməruzəçilərinin çıxışlarının nəticələrini gözləməyə çağırıb.

AŞPA-nın Azərbaycandakı daimi nümayəndəliyindən əvvəllər Trend a verilən məlumata görə, Luis Mariya de Puç Bakıya 30 iyun- 4 iyul tarixlərində səfər edəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti