...

Azərbaycan Müdafiə Nazirliyi əməkdaşlarının əmək haqları artırıldı

Siyasət Materials 25 İyun 2008 12:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 iyun/ Trend , müxbir E.Babayev / Bu gün prezident İlham Əliyev Azərbaycan Müdafiə Nazirliyi hərbi qulluqçularının aylıq pul təminatının və ərzaq payı əvəzinə pul kompensasiyasının, mülki işçilərinin aylıq əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Müdafiə Nazirliyi hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşları orta hesabla 50 faiz artırılır. Müdafiə Nazirliyi mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz artırılır. Müdafiə Nazirliyinin dövlət büdcəsindən maliyyələşdirilən qurumlarının hərbi qulluqçularına ərzaq payı əvəzinə verilən aylıq pul kompensasiyasının məbləği isə 2 dəfə artırılır.

Sərəncam iyul ayının 1-dən qüvvəyə minir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti