...

Rusiya və Aİ münasibətləri fundamental mahiyyət daşıyır – Aİ-nin ali komissarı

Siyasət Materials 27 İyun 2008 16:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 iyun / Trend , müxbir A.Qasımova/ Rusiya ilə əməkdaşlıq fundamental mahiyyət daşıyır. Bu barədə cümə günü Xantı-Mansiyskdə Rusiya-Aİ sammiti iştirakçılarının birgə mətbuat konfransında Aİ-nin təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Xavyer Solana bildirib.

"Biz Rusiya ilə münasibətlərimizdə yeni səhifə açmağa hazırlaşırıq; başqa mərhələyə yaxınlaşmağın vaxtı gəlib çatıb. Bu gün biz bir çox məsələlərdən, xüsusilə də təhlükəsizlik məsələsindən danışqdıq. Biz yeni çağırışların həlli üçün əməkdaşlıq etməliyik, əks təqdirdə, onların öhdəsindən gələ bilməyəcəyik", - deyə Solana bildirib.

Onun sözlərinə görə, Aİ və Rusiya Gürcüstan, Moldova və Yaxın Şərq üzrə əməkdaşlıq edəcəklər.

Bu gün Xantı-Mansiyskdə Rusiya-Aİ sammitinin zirvə görüşü işə başlayıb. Zirvə görüşündə Rusiya prezidenti Dmitri Medvedyev, bu yarım ildə Aİ-yə sədrlik edən Sloveniyanın Baş naziri Yanez Yanşi, Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və başqaları iştirak edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti