...

Ukrayna prezidenti Azərbaycanla həyata keçirilən birgə enerji layihələrindən razıdır

Siyasət Materials 30 İyun 2008 18:17 (UTC +04:00)
Ukrayna prezidenti Azərbaycanla həyata keçirilən birgə enerji layihələrindən razıdır

Azərbaycan, Bakı, 30 iyun / Trend , müxbir E.Hüseynov/ Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycanla birgə həyata keçirilən layihələrdə müsbət irəliləyişin olduğunu qeyd edir. "Mən enerji layihələri üzrə irəliləyişlərdən razıyam, belə ki, onlar praktiki müstəvilik əldə edir", - deyə Yuşşenko bazar ertəsi Bakıda keçirilən geniş tərkibli Ukrayna-Azərbaycan danışıqlarında bildirib.

Trend un Ukrayna prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Ukrayna prezidenti bir çox məsələlərin uğurla irəliləməsi üçün ikitərəfli münasibətlərin vəziyyətini ümumilikdə müsbət qiymətləndirib.

Yuşşenko Azərbaycana səfəri çərçivəsində Bakıda Taras Şevşenkonun heykəlinin açılış mərasimi kimi hadisələrin mümhüm olduğunu qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev öz tərəfindən cari ilin may ayında Ukraynaya səfərini xatırladaraq, ikitərəfli müqavillərin səmərəli olduğunu bildirib. Əliyevin sözlərinə görə, iki- tərəfli münasibətlərin gündəlikdə duran bütün məsələlərini hər iki dövlətin milli maraqlarına müvafiq razılaşdırılacağı mümkün olacaq.

Danşıqlarda Ukrayna tərəfdən xarici işlər naziri Vladimir Oqrızko, mədəniyyət və turizm naziri Vasili Vovkun, Prezident Katibliyi rəhbərinin müavini Aleksandr Çalıy, "Ukrspetseksport" Dövlət Şirkətinin baş direktoru Sergey Bondarçuk, Prezident Aparatının rəhbəri Ruslan Demçenko iştirak edirlər.

Prezident sarayında keçirilən danışıqlardan əvvəl Viktor Yuşşenko və İlham Əliyevin təkbətək görüşü olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti