...

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yeni prezidenti seçilib

Siyasət Materials 2 İyul 2008 13:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 iyul / Trend , müxbir E.Babayev/ Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları (QHT) Forumunun bu gün keçirilən qurultayında Rauf Zeyni təşkilatın prezidenti seçilib.

Trend -un arayışı: Milli QHT Forumunun prezidentliyinə 3 namizəd irəli sürülmüşdü. Onlar Demokratik Seçki Mərkəzinin sədri Rauf Zeyni, İctimai Nəzarət Tədqiqatlar Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlı və Türkiyə Universitetləri Məzunları Birliyinin sədri Çingiz Bayramov idi.

Forumun əvvəlki prezidenti Azay Quliyev Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri seçildiyindən, tutduğu vəzifəsindən istefa vermişdi.

Trend -unməlumatına görə, Zeyni forumun prezidenti seçilməsi üçün qurultayda iştirak edən 461 nümayəndədən 311-nin səsini toplayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti