...

RF və Azərbaycan prezidentləri Bakıda dostluq və strateji tərəfdaşlıq barədə bəyannamə imzalayacaqlar

Siyasət Materials 3 İyul 2008 12:07 (UTC +04:00)
RF və Azərbaycan prezidentləri Bakıda dostluq və strateji tərəfdaşlıq barədə bəyannamə imzalayacaqlar

Azərbaycan, Bakı, 03 iyul/ Trend / Rusiya və Azərbaycan rəhbərləri Bakıda keçiriləcək görüşlərin nəticələri üzrə ölkələr arasında dostluq bəyannaməsi imzalayacaqlar, jurnalistlərə RF prezidentinin köməkçisi Sergey Prixodko bildirib.

O, qeyd edib ki, Rusiya dövlət başçısının Azərbaycana çümə axşamı başlayan iki günlük rəsmi səfər proqramına İlham Əliyevlə əvvəlcə kiçik, daha sonra geniş tərkibdə görüş, Heydər Əliyevin məzari önünə və şəhidlərin məqbərəsinə əklil qoyulması, Azərbaycanın dini konfessiyaları ilə görüş və Heydər Əliyev Fondunda görüş daxildir, - RİA Novosti xəbər verir.

"Rusiya-Azərbaycan yüksək səviyyəli danışıqların nəticələri üzrə Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında qarşıdakı müddətə qarşılıqlı fəaliyyətin istiqamətlərini və XİN, DİN, Federal Gömrük Xidməti (FGX), Rusiya Mülkiyyət Xidməti idarələrinin xətti ilə Azərbaycanın müvafiq nazirlik və idarələri ilə idarələrarası sənədləri müəyyənləşdirən dostluq və strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması nəzərdə tutulub", - Prixodko deyib.

Azərbaycanın dini konfessiyaları ilə görüşdən danışarkən o, qeyd edib ki, görüşdə "konfessiyalararası qarşılıqlı fəaliyyət məsələlərinin, dünya dinləri içərisində islamın roluna və beynəlxalq terrorizmə qarşı dövlətin və dinin qarşılıqlı əlaqəsinin müzakirəsinə xüsusi diqqət veriləcək".

Prezidentin köməkçisi Azərbaycanın "Cənubi Qafqazda və Xəzəryanı regionda uzunmüddətli perspektiv üçün Rusiyanın strateji tərəfdaşı olduğunu " deyib.

"Rusiya dövlət başçısının səfəri və qarşıdakı yüksək səviyyəli əlaqələr dinamik inkişaf edən çoxtərəfli Rusiya-Azərbaycan dialoqunun bariz nümunəsidir", - o bildirib.

Prixodko deyib ki, iki ölkə prezidentləri iyunun 6-da XII Sankt-Peterburq Beynəlxalq Ticarət Forumunda keçirilən ilk görüş zamanı Bakıdakı danışıqların əsas mövzularını müəyyənləşdiriblər.

Onun sözlərinə görə, Azərbaycana səfər zamanı Rusiya prezidentini Rusiya XİN-in başçısı, DİN naziri, energetika naziri, Rusiya regionlarının, o cümlədən Dağıstan, Kalmıkiya, Həştərxan vilayətlərinin bəzi rəhbər şəxsləri, FGX-nin və Dövlət Mülkiyyətinin İidarə edilməsi üzrə Federal Agentliyin rəhbərləri müşayiət edəcəklər.

Bundan başqa, Bakıya Rusiya iş adamlarının, xüsusilə "Lukoyl"un prezidentinin, XTB başçısının, "Qazprom"un İdarə Heyəti katibinin, "Alfa-bank"ın prezidentinin və RDY başçısının gəlişi də planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti