...

Azərbaycan neftinin qiyməti artıb

Siyasət Materials 3 İyul 2008 20:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir A.Bədəlova / Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin iyulun 2- də qiyməti 1 barel üçün 146,98 dollara çatıb. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə axşamı verilən məlumata görə, çərşənbə günü neftin qiyməti çərşənbə axşamına nisbətdə 1 barrel üçün 1,38 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın iyulun 2-də qiyməti 1 barel üçün 145,11 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,96 dollar çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URALS adı ilə satılır. Bu növ spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

İyulun 2-də URALS neftinin qiyməti 1 barel üçün 135,71 dollar təşkil edib. Bu öncəki qiymətdən 0,79 dollar artıqdır.

Analoji vəziyyət Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin iyulun 2-də qiyməti 1 barel üçün 142,05 dollara çatıb. Bu əvvəlki qiymətdən 0,82 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti