...

Azərbaycan Prezidenti Macarıstanın Baş nazirini qəbul edib

Siyasət Materials 7 İyul 2008 20:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 iyul / Trend / Prezident İlham Əliyev bazar ertəsi Macarıstanın Baş naziri Ferents Dyurçanı qəbul edib.
 Azərbaycan-Macarıstan əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev Dyurçanın səfərinin səmərəli keçəcəyinə, ölkələrimizin ikitərəfli əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə yaxşı perspektivləri olduğunu və bu əlaqələrin bundan sonra daha da genişlənəcəyinə əmin olduğunu bildirib
Ölkələrimizn bütün sahələrdə əlaqələrinin uğurla inkişaf etdiyini söyləyən Dyurçan Azərbaycana səfəri zamanı keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verib və bu görüşlərin məhsuldar olduğunu qeyd ediç. O, Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.

close



Xəbər lenti

Xəbər lenti