...

Azərbaycan prezidenti "Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normaları"nın təsdiqi ilə bağlı fərman imzalayıb

Siyasət Materials 8 İyul 2008 21:54 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev їEkoloji təhlükəsizlik haqqındaї qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədəї qanunun icrasını təmin etmək məqsədi ilə fərman imzalayıb.  Fərmana əsasən їƏtraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri normalarıї təsdiq edilib.

Nazirlər Kabinetinə tapşırılıb ki, nəqliyyat vasitələrinin və digər səs-küy mənbələrinin yaşayış və istirahət yerlərində, habelə insanların cəmləşdiyi digər yerlərdə nüfuzedici səs-küyün yolverilən səviyyəsinə nəzarəti həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb bir ay müddətində prezidentə təqdim etsin və fərmandan irəli gələn məsələləri həll etsin.

Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti