...

Azərbaycan və İordaniya hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir

Siyasət Materials 16 İyul 2008 23:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 iyul / Trend E.Əliyev/ Azərbaycan və İordaniya hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Əməkdaşlığın genişləndirilməsi imkanları İordaniya Baş Qərargah rəisi Xalid al Sarayranın Bakıya səfəri çərçivəsində müzakirə olunacaq. Bu barədə Trend -a Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat veriblər.

Səfərin əsas məqsədi iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələlərin müzakirəsidir. Həmçinin hərbi kadrların hazırlanması və silahların alınması imkanları müzakirə ediləcək.

İordaniya ordusu yüksək nizam-intizamı ilə seçilir. Azərbaycanın hərbi ekspertləri hesab edirlər ki, məhz bu təcrübə Azərbaycan ordusuna gərək ola bilər.

Bundan əlavə Azərbaycanda artıq ikinci ildir Müdafiə Sənayesi Nazirliyi fəaliyyət göstərir. Bu gün həmin strukturun digər ölkələrin müdafiə qurumları ilə səylərinin birləşdirilməsi zərurəti mövcuddur. Ekspertlər hesab edir ki, İordaniyanın təcrübəsi ölkəmiz üçün faydalı ola bilər.

Xəbər lenti

Xəbər lenti