...

Asim Mollazadə Azərbaycanın Demokratik İslahatlar Partiyasının sədri seçilib (video)

Siyasət Materials 19 İyul 2008 13:42 (UTC +04:00)
Asim Mollazadə Azərbaycanın Demokratik İslahatlar Partiyasının sədri seçilib (video)

Azərbaycan, Bakı, 19 iyul/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın Demokratik İslahatlar Partiyasının (DİP) şənbə günü Bakıda keçirilən II qurultayında partiyanın sədri, millət vəkili Asim Mollazadə yenidən DİP-in sədri seçilib. Trend -un məlumatına əsasən, DİP sədrliyinə Mollazadə ilə yanaşı, partiyanın Gənclər Təşkilatının sədri Ramin Hacılı da namizəd olub.

Mollazadə qurultay tərəfindən ona göstərilən etimada görə minnətdarlığını bildirib. "Partiyanın Gənclər Təşkilatının sədri Ramin Hacılının seçilmədiyinə görə təəssüflənirəm, çünki gənclik Azərbaycan siyasətində liderə çevrilməlidir. Gələcək qurultaylarda DİP sədrliyinə gənc üzvün seçiləcəyinə ümidvaram", - deyə Mollazadə bildirib.

Partiyanın qurultayında həmçinin partiyanın Say, Mandat, Redaksiya komissiyalarına, Siyasi Şura və Təftiş Komissiyasına üzvlər seçilib. Səs çoxluğu ilə Asim Mollazadə, Rauf Talışınski, İnqilab Əhmədov, Nazim Abdullayev, Eduard Çernin, Fatimət Ağamirzəyeva, Gülnarə Məmmədzadə, Mərdan Əfəndiyev, Eldar Cahangirov, İlqar Hüseynov, Ramin Hacılı partiyanın Siyasi Şurasına üzv seçiliblər.

Trend -un arayışı: Demokratik İslahatlar Partiyası (DİP) 2005-ci ildə təsis olunub. Məramnaməsini və fəaliyyət istiqamətlərini liberal dəyərlərin həyata keçirilməsi təşkil edir. Partiyanın sədri millət vəkili Mollazadədir. Partiyanın I qurultayı 2005-ci ilin iyulun 4-də keçirilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: trend

Xəbər lenti

Xəbər lenti