...

Azadlıq blokunun boykot qərarını şübhə altına almaq sayıqlamadan başqa bir şey deyil – Azərbaycanın müxalifət lideri

Siyasət Materials 22 İyul 2008 18:01 (UTC +04:00)
Azadlıq blokunun boykot qərarını şübhə altına almaq sayıqlamadan başqa bir şey deyil – Azərbaycanın müxalifət lideri

Azərbaycan, Bakı, 22 iyul/ Trend , müxbir E.Babayev/ Azərbaycanın üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi Partiyası, Liberal, Vətəndaş və İnkişaf Partiyası) təmsil olunduğu Azadlıq blokunun həmsədri, AXCP-nin sədri Əli Kərimli çərşənbə axşamı Trend -a bildirib ki, blokun prezident seçkisi ilə bağlı boykot qərarını şübhə altına almaq Azadlıq blokunun Nizamnaməsindən xəbəri olmayan adamların sayıqlamasıdır. "Blokun Məclisi, əslində, partiyaların istəmədiyi hər hansı bir qərarı verə bilməz. Blok daxilində hər bir partiyanın suverenliyi var. Hər bir partiya ayrılıqda qərar veribsə, bu qərarı yenidən müzakirəyə çıxarmaq, sadəcə, intriqa axtarmaqdan başqa bir şey deyil", deyə Kərimli bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisinin oktyabrın 15- də keçirilməsi nəzərdə tutulur. İndiyə qədər Müsavat Partityasının başqanı İsa Qəmbərin, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin namizədliyi təmsil olunduqları partiyalar tərəfindən irəli sürülüb. Bundan başqa, "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov müstəqil şəkildə namizədliyini irəli sürüb. Hakim Yeni Azərbaycan Partiyası hazırki dövlət başçısı İlham Əliyevin namizədliyini irəli sürmək niyyətindədir. İqtiadaryönlü Ana Vətən və Sosial Rifah partiyaları isə seçkidə İlham Əliyevin namizədliyini müdafiə etmək qərarı veriblər. Müxalif Vəhdət və Tərəqqi partiyaları da İlham Əliyevi müdafiə etmək barədə qərar verəcəklərini bildiriblər. Azərbaycanın Demokratik İslahatlar Partiyası prezident seçkisində müşahidəçi mövqeyi tutacağı barədə qərar qəbul edib.

Üç müxalifət partiyasının (Azərbaycan Xalq Cəbhəsi, Vətəndaş və İnkişaf, Liberal) təmsil olunduğu "Azadlıq" bloku birliyin məclisini çağıraraq boykot qərarını rəsmiləşdirmək qərarı vermişdi. Blok Məclisinin toplanmasında problem yarandığından, "Azadlıq" blokuna daxil olan üç partiyanın ali orqanı keçən həftə blokun Sədrlər Şurasının boykot qərarını təsdiqləyiblər.

Kərimlinin sözlərinə görə, Azadlıq bloku siyasi partiyaların Birliyidir və siyasi partiyaların üst qurumu deyil. "Blokda o qərarlar qəbul olunur ki, bloka daxil olan siyasi partiyalar tərəfindən həmin qərarlar qəbul edilir. Yəni siyasi partiyalar hansısa məsələ ilə bağlı qərar verəndən sonra bu, Azadlıq blokunun mövqeyi olur. Cari məsələlərdən söhbət gedəndə isə, bunu Sədrlər Şurası müzairkə edir. Amma hansısa ciddi məsələ ilə bağlı hər partiyanın kollegial orqanı qərar verir. Seçki ilə bağlı da hər partiyanın kollegial orqanı qərar verib. Bu qərar bizim Nizamnaməyə tam uyğundur", deyə o bildirib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti