...

İranda yetim uşaqların dağlanması faktı aşkarlanıb

Siyasət Materials 23 İyul 2008 10:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 iyul / Trend , müxbir T.Cəfərov / Xeyriyyə işləri ilə məşğul olan bir qadın İranın Zəncan (şəhər) Körpələr Evində körpələrə qarşı zorakılıq faktı aşkarlayıb. Bu barədə İranın "Etimade milli online" xəbər saytı məlumat yayıb.

Xeyriyyəçi qadın bildirib ki, Zəncan şəhər Körpələr Evində Zəhra, Məryəm və Məhəmmədmehdi adlı 3 yetim uşağın bədənləri dağlanıb. Uşaqların bədənlərinə dağın basılmasını sübut edən foto şəkillər yayılıb, və həmin şəkillərdə Zəhranın sifətində, Məryəmin ayağında və Məhəmmədmehdinin boynunda yanıq izləri aydın şəkildə görsənir.

Bu xəbər yayıldıqdan dərhal sonra İranın Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi (Behzisti təşkilatı) məsələyə aydınlıq gətirmək üçün bir qurp mütəxəssisi məsələni araşdırmaq üçün Zəncan şəhərinə ezam edib. Uşaqların incidilməsində günahkar kimi tərbiyəçinin adı hallandırılıb. Araşdırmalar davam edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti