...

Azərbaycan, Gürcüstan və Türkiyənin layihələri regional əməkdaşlıq üçün nümunədir - Türkiyə prezidenti

Siyasət Materials 24 İyul 2008 14:08 (UTC +04:00)
Azərbaycan, Gürcüstan və Türkiyənin layihələri regional əməkdaşlıq üçün nümunədir - Türkiyə prezidenti

Türkiyə, Qars, 24 iyul/ Trend , müxbir A.Əliyev/ Azərbaycan, Gürcüstan və Türkiyənin həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi regional layihələr, regional əməkdaşlıq üçün nümunə ola bilər. Bu barədə Türkiyə prezidenti cümə axşamı Qarsda Bakı-Tbilisi-Qars magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimində bəyan edib.

Gül Uzaq Şərq ölkələrini, o cümlədən Çini  Qərbi Avropa ilə birləşdirəcək dəmir yolu magistralının tikintisinin həyata keçirilməsini ən vacib qərar adlandırıb. O bildirib ki, magistralın işinin ilk yarımilində sərnişin daşımalarının təxminən 1 mln., yük daşımalarının isə 6,5 mln. olması planlaşdırılıb. Gülün sözlərinə görə, ikinci yarımildə, daha vacib olan mərhələdə,  sərnişin daşımaları proqnozlara görə, 3 mln., yük daşımaları isə 18 mln. təşkil edəcək.

Türkiyə prezidenti deyib ki, bu layihə Asiya və Avropa arasında mədəni dəhliz olacaq və beynəlxalq dialoqa xidmət edəcək.

Mərasimdə Azərbaycan və Gürcüstan prezidentləri də iştirak edirlər.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km-i Türkiyə, 29 km. isə Gürcüstan ərazisindən keçəcək dəmir yolu magistralının 105 km-lik yeni qolunun tikilməsi planlaşdırılır. Bundan başqa, Gürcüstanda  Axalkalaki-Marabda-Tbilisi dəmir yolunun 183 km-lik hissəsinin mövcud olan xətti yüklərin ötürülmə gücünü ildə 15 mln. tona çatdırmaq üçün bərpa ediləcək. Layihə $422 mln., müvafiq infrastrukturlarla birlikdə  $600  mln. dəyərində qiymətləndirilir. Bu nəqliyyat dəhlizinin 2010-cu ildə istismara verilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti