...

Gürcüstan, Türkiyə və Azərbaycan arasında olan əməkdaşlığın səviyyəsinin analoqu yoxdur - Azərbaycan prezidenti

Siyasət Materials 24 İyul 2008 14:33 (UTC +04:00)
Gürcüstan, Türkiyə və Azərbaycan arasında olan əməkdaşlığın səviyyəsinin analoqu yoxdur - Azərbaycan prezidenti

Türkiyə, Qars, 24 iyul/ Trend , müxbir A.Əliyev/ Azərbaycan prezidenti əmindir ki, Gürcüstan, Türkiyə və Azərbaycan arasında olan əməkdaşlığın səviyyəsinin dünyada analoqu yoxdur. "Ölkələrimiz arasında üçtərəfli siyasi, iqtisadi və mədəni sahələrdə mövcud olan əməkdaşlığın, ola bilsin ki, heç dünyada analoqu yoxdur", - çümə axşamı Qarsda Bakı-Tbilisi-Qars magistralının Türkiyə hissəsinin təməlqoyma mərasimində prezident İlham Əliyev deyib.

İlham Əliyev bildirib ki, üç ölkə arasında həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi regional layihələr həm region, həm də dünya üçün böyük əhəmiyyət kəsb edir. Prezident bəyan edib ki, bu il Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə neft nəqlinin həcmi 40 mln. ton, növbəti ildə isə 50 mln. ton təşkil edəcək. Onun sözlərinə görə, dünyada enerji təhlükəsizliyinin rolu məsələsinə verilən əhəmiyyəti nəzərə alaraq, regionda həyata keçirilən Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Ceyhan layihələrinin əhəmiyyətini başa düşmək olar.

"Hesablamalara əsasən, Azərbaycanın qaz ehtiyatları 2 trilyona bərabərdir ki, bununla da onilliklər boyunca bu növ enerji ilə həm Azərbaycanı, həm də dost və qardaş ölkələri təmin etmək olar", - İlham Əliyev deyib.

"Bu regional layihələrin əhəmiyyətini başa düşərək, bu layihələrə qoşulmaq istəyən ölkələrin sayı da artır", - prezident əlavə edib. Dövlət başçısının fikrincə, bu, region ölkələrinə həm iqtisadi, həm də siyasi dividentlər almağa imakan verir.

İlham Əliyev Azərbaycan vasitəsilə Asiyanı, Gürcüstan və Türkiyə vasitəsilə Avropanı birləşdirən dəhlizi ən effektiv və qısa yol adlandırıb.

"Bakı-Tbilisi-Qars" layihəsi çərçivəsində yeni 105 kilometrlik dəmir yolu magistralı qolunun tikintisi planlaşdırılır. Onun 76 kilometri Türkiyə, 29 kilometri Gürcüstan ərazisindən keçəcək. Bundan əlavə, Gürcüstanda ötürmə gücünü ildə 15 ton yükə çatdırmaq üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmir yolu sahəsi yenidən qurulacaq. Axalkalakidə qatarların Gürcüstanda mövcud olan relslərdən Avropa relslərinə keçməsi üçün məntəqə tikmək də planlaşdırılır. Layihə $422 mln. , müvafiq infrastruktur nəzərə alınmaqla isə $600 mln. qiymətləndirilir. Bu nəqliyyat dəhlizininin 2010-cu ildə istismara verilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti