...

Iran Bitərəf Dövlətlər Hərəkatının novbəti rəhbəri seçilib

Siyasət Materials 29 İyul 2008 13:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul / Trend /İranın XİN rəhbəri Mənuçöhr Müttəki növbəti müddət ərzində Bitərəf Dövlətlər Hərəkatına rəhbərlik edəcək. Bu barədə İranın "İribnews" saytı məlumat yayıb.

Bitərəf Dövlətlər Hərəkatının keçmiş rəhbəri Kubanın XİN rəhbəri Filipp Perz Ruke olub.

Bitərəf Dövlətlər Hərəkatına üzv öləkələrin XİN başçılarının 15 - ci iclası iyulun 27-dən Tehranda başlayıb və iyulun 30-dək davam edəcək.

BDH-yə 118 ölkə üzvdir. Tehranda keçirilən iclasın əsas şüarı "dostluq, ədalət və sülh üçün birləşmək"dir. Bitərəf Dövlətlər hərəkatına üzv olan 53 ölkə Afrika, 38 ölkə Asiya qitəsindəndir. Təşkilatda 26 ölkə Latın Amerikasından və 1 ölkə Avropadandır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti