Azərbaycan, Bakı, 08 avqust / , müxbir T.Əliyev/ Türkiyənin Xarici İşlər Nazirliyi Gürcüstanla Cənubi Osetiya arasında silahlı toqquşmaların dayandırılması üçün tərəfləri dialoqa çağırır. Bu barədə Türkiyə XİN cümə günü yaydığı bəyanatda bildirilir.
Bəyanatda bildirilir ki, Ankara hadisələrin genişmiqyaslı döyüşlərə çevrilməsini narahatlıqla izləyir: "Türkiyənin qonşusu və dostu olan Gürcüstanın problemləri sülh yolu ilə həll edilməlidir. Bu mövqe həm ikitərəfli səviyyədə, həm də beynəlxaql forumlarda ifadə edilir" - deyə sənəddə bildirilir.Bəyanatda qeyd edilir ki, Ankara regional sülh və təhlükəsizliyi zədələyə biləcək bu toqquşma atmosferinin kompromislə və dialoq yolu ilə həllini və tərəflərin yeni gərginliyə səbəb ola biləcək addımlardan çəkinmələrini zəruri sayır. Türkiyə tərəfləri toqquşmaları dayandırıb birbaşa danışıqlara başlamağa çağırır.
Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]