...

Eldar Namazov prezident seçkisində iştirakdan imtina edib

Siyasət Materials 8 Avqust 2008 19:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust / Trend , müxbir C.Babayeva/ "Azərbaycan Naminə" İctimai Forumun rəhbəri Eldar Namazov prezident seçkisində iştirakdan imtina edib. Bu barədə cümə günü Trend -a Namazovun özü məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. İndiyə qədər qarşıdan gələn prezident seçkilərində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin, AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi Qüdrət İsaqovun sənədləri də MSK-ya təqdim edilib.

Mərkəzi Seçki Komissiyasında qeydiyyatın ilk mərhələsini hakim Yeni Azərbacyan Partiyasının prezidentliyə namizədi, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadə, Yaşar Əhmədov (işsiz), Vüqar Seyidov (həkim), Əlimuxtar Əkbərov (təqaüdçü) və Sevinc Quliyeva ( Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitarı) keçiblər.

Eldar Namazov 1993 -1999-cu illərdə prezident köməkçisi və Prezident Katibliyinin rəhbəri olub.

Namazovun sözlərinə görə, əksər müxalifət partiyaları seçkidə iştirakdan imtina edib, ona görə də onun seçkilərə qatılmağı alternativlik və demokratiya görüntüsü yarada bilərdi. "Bu qərarıma təsir edən əsas amil Seçki Məcəlləsinə edilən son əlavə və dəyişikliklərdir" - Namazov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti