...

Azərbaycanın müxalifət partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək

Siyasət Materials 13 Avqust 2008 16:13 (UTC +04:00)
Azərbaycanın müxalifət partiyası İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək

Azərbaycan, Bakı, 13 avqust / Trend , müxbir E.Babayev/ Azərbaycanın müxalifət Vəhdət Partiyası hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi, indiki dövlət başçısı İlham Əliyevin müdafiəsi ilə bağlı qərar qəbul etmək niyyətindədir.

"Partiyanın Baş Məclisinin avqustun 16 -da keçiriləcək iclasında siyasi kursumuza uyğun qərar veriləcək və yəqin ki, bu qərar İlham Əliyevin müdafiəsi ilə bağlı olacaq" - çərşənbə günü Trend -a Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək. Azərbaycanın Ali Məhkəməsinin keçmiş sədri, sabiq millət vəkili Tahir Kərimlinin rəhbərlik etdiyi Vəhdət Partiyası 2006 -cı ilədək müxalifət mövqeyində olub. Partiya hazırda iqtidarın siyasi kursunu dəstəkləyir.

Avqustun 2 - də YAP-ın qurultayında İlham Əliyevin namizədliyi rəsmən irəli sürülüb. İndiyə qədər İlham Əliyevin namizədliyi Ana Vətən və Sosial Rifah partiyaları tərəfindən irəli sürülüb. Bundan başqa, Azərbaycan Həmkarlar Konfederasiyasının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu il keçirilən qurultaylarında da İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb.

Kərimli bildirib ki, Baş Məclisdə hakimiyyətin namizədinin müdafiə olunmaması barədə qərar verilməsi az gözləniləndir. "Mən özüm namizədliyimi vermək fikrində deyiləm" - deyə o əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti