...

Azərbaycan hakimiyyəti siyasi partiyaların maliyyələşdirilməsində şübhəli məqamlar olduğunu bəyan edib

Siyasət Materials 14 Avqust 2008 14:50 (UTC +04:00)
Azərbaycan hakimiyyəti siyasi  partiyaların maliyyələşdirilməsində şübhəli məqamlar olduğunu bəyan edib

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan hakimiyyəti hesab edir ki, ölkənin siyasi partiyalarının maliyyələşdirilməsində şübhəli məqamlar var.

"Siyasi partiyaların maliyyələşdirilməsində mövcud olan şübhəli məqmalar bizi və cəmiyyəti narahat edir", - cümə axşamı jurnalistlərə Azərbaycan Prezidentinin İcra Aparatının İctimai-siyasi şöbə müdiri Əli Həsənov bildirib.

Trend -un arayışı: Azərbaycanda dövlət qeydiyyatından keçmiş 52 siyasi partiya var.

Prezident Aparatının rəsmisi hesab edir ki, şübhəli məqamların mövcud olduğunu nəzərə alsaq, bunun aradan qaldırılması üçün siyasi partiyalar dövlət tərəfindən maliyyələşdirilə bilər.

"Dünya ölkələrində siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi praktikası mövcuddur. Azərbaycanda da bununla bağlı fikirlər səslənir və uzun müddətdir ki, müzakirələr gedir. Azərbaycan dövlətinin imkanları hesabına siyasi partiyalar büdcədən maliyyələşə bilər", - deyə Həsənov əlavə edib.

Onun fikrincə, siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məqbul variantdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti