...

Növbəti Olimpiadada uğur qazanacağıma inanıram -Azərbaycanın Pekin Olimpiasında qızıl mükafatçısı (video)

Siyasət Materials 14 Avqust 2008 17:07 (UTC +04:00)
Növbəti Olimpiadada uğur qazanacağıma inanıram -Azərbaycanın Pekin Olimpiasında qızıl mükafatçısı (video)

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir R.Ergün/ Azərbaycanın Pekin Olimpiadasının qızıl medalını qazanan Elnur Məmmədli uğurlarını davam etdirəcəyini bildirib.

"Növbəti Olimpiadada uğur qazanacağına inanıram" - cümə axşamı Pekin Olimpiadasında medal qazanan azərbaycanlı idmançıların Bakıda qarşılanma mərasimində jurnalistlərə Məmmədli bildirib.

Olimpiyadada Azərbaycanı təmsil edən idmançılardan dzüdoçu Elnur Məmmədli qızıl medal, yunan-roma güləşçiləri Rövşən Bayramov və Vitali Rəhimov gümüş medal qazanıblar.

Bu gün Azərbaycanın daha bir dzüdoçusu - Mövlud Mirəliyev bürünc medala sahib çıxıb.

Məmmədli deyib ki, keçirdiyi görüşlərdə rəqiblərini ippon fəndi ilə məğlub edib. "Amma bununla yanaşı, düşünürəm ki, hakimlər bəzi epizodlarda mənə qarşı qərəzli idilər. Çox sevinirəm ki, güclü olduğumu sübut edə bildim və Olimpiya çempionluğunu qazandım" - Olimpiya çempionu əlavə edib.

Azərbaycan Pekin Olimpiyadasında hazırda medal sayına görə iştirakçı ölkələr arasında 14 - cü yerdədir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti