Rusiya - Gürcüstan müharibəsi. Qafqaza təhdid - The Heritage Foundation-in analitiki Ariel Koen

The Heritage Foundation-in (ABŞ) baş elmi əməkdaşlı, politoloq Ariel Koen xüsusi olaraq Trend agentliyi üçün

Bakı Qafqazda müharibənin necə cərəyan etdiyini diqqətlə müşahidə edib. Rusiya Gürcüstanda hegemonluq qazansaydı, Bakı -Tbilisi - Ceyhan. o cümlədən Xəzərdən Qara dənizədək strateji dəhliz Moskvanın nəzarəti altında olardı. Bu - Kremlin Sovet İttifaqı dağıldıqdan sonra istədiyidir və o buna nail olmaq istəyir.

Bundan əlavə, Gürcüstandakı Rusiyayönlü rejim Azərbaycan və Ermənistanın gələcək qərbyönümlü istiqamətlənmə variantlarına, münaqişələrin diplomatiya, Avropa üslubunda təhlükəsizlik və əməkdaşlıq üzrə regional təşkilatlar əsasında nizamlanması imkanlarına zərbə vurardı.

Gürcüstan və Rusiya arasında faciəvi və məşum münaqişə Olimpiya Oyunlarının açıldığı gün başladı. Ötən həftə cümə axşamı Cənubi Osetiya separatçıları Moskvanın dəstəyi ilə qonşu gürcü kəndlərini pulemyot və minaatan atəşinə məruz qoydular və bundan sonra, cümə axşamı və cümə günü Gürcüstan atəş nöqtələrinin susdurulması üçün separatçıların paytaxtı Tsxinvalini artilleriya atəşinə tutdu. Tsxinvaliyə ciddi zərər yetirildi və bununla Moskvanın Gürcüstana çoxdan planlaşdırılan müdaxiləsinə səbəb təmin edildi.

Rusiya üstün qüvvələri ilə cavab verdikdən dərhal sonra, Baş nazir Putin Pekin Olimpiadasından Vladiqafqaza uçaraq, hərbi əməliyyatları öz nəzarətinə götürdü. Putinin varisi Dmitri Medvedyev ondan kənarda durmaqla, rəhbərliklə bağlı şübhələrə yer qoymadı.

76 - cı "Pskov" hava - desant diviziyası ilə möhkəmləndirilmiş 58 - ci rus ordusu Cənubi Osetiyaya gəldi. Qonşu rus ərazilərinin kazakları da gürcülərlə mübarizə məqsədilə Osetiyaya gəldilər.

Rusiya klassik kombinasiyalı hərbi əməliyyatda iştirak edirdi. Qara Dəniz Donanması Gürcüstanı dənizdən blokadaya alaraq, ola bilsin, quruya keçid hazırlayarkən Rusiyanın ballistik raketləri və hərbi hava qüvvələri gürcü hərbi baza və kəndlərinə hücum edirdilər. Bu məqalə yazılan vaxt, elə görünürdü ki, Rusiya qoşunları Cənubi Osetiya və Gürcüstan sərhədində dayanmayacaq və ola bilsin ki, bundan sonra da təzyiq göstərəcəklər.

Gürcüstanla müharibədə Rusiyanın məqsədlərinin irəli gedən nəticələri var və aşağıdakıları özündə birləşdirir:- Gürcüstan qoşunlarının çıxarılması və Cənubi Osetiya və Abxaziyada gürcü suverenliyinin dayandırılması;

- Prezident Mixail Saakaşvilinin devrilməsi və Tbilisidə daha çox Rusiyayönlü rəhbərliyin qurulması ilə "rejimin dəyişdirilməsi";

- Gürüsatnın NATO - ya daxil olmasının qarşısını almaq və Ukraynaya NATO üzvlüyünə dair iddialarının müharibəyə və ya Ukraynanın parçalanmasına gətirəcəyi barədə siqnal vermək;

- Qafqaz və xüsusən də Gürcüstan üzərində nəzarəti ələ keçirməklə, strateji enerji boru kəməri və Xəzərdən Qara dənizədək nəqliyyat dəhlizi üzərində nəzarətin keçidi; - Zərurət yaranarsa, güc tətbiq etməklə keçmiş Sovet İttifaqında olduğu kimi, 19-cu əsrin təsir sahələri üslubunun bərpası.

Revizionizmin postsovet sərhədləri: Avropa status-kvosu problemi.

Dondurulmuş münaqişələr Moskvanın keçmiş Sovet məkanında başlıca qüvvə olmaq arzusunu əks etdirir. Moskvanın bəzi dairələrinin dəstəyi ilə Qarabağın erməni işğalı Azərbaycana bilavasitə mənfi təsir göstərir. Lakin rusiyalı "güclülər" (dövlət hakimiyyəti fraksiyası) Gürcüstan ərazisindəki separatçılardan istifadə edərək, Rusiyanı geriyə, Gürcüstana gətirə və bununla Şərqdən Qərbə gedən başlıca neft - qaz və dəmir yolu arteriyalarını bağlaya bilərlər.

Rusiyanın Gürcüstanla münasibətləri digər postsovet dövlətləri ilə müqayisədə, daha pis olub. Rusiya 1990 - cı ildən Cənubi Osetiyada separatçılıq odunun alışdırılmasına əlavə olaraq, Gürcüstan ərazisinin bir hissəsi olan Abxaziyadakı separatçıları da dəstəkləyiridi (1992-1993 - cü illər). Rusiyanın o zamankı Gürcüstan prezidenti Eduard Şevarnadze ilə, keçmiş sovet xarici işlər naziri ilə pis münasibətləri olub. Moskvadakı sərt siyasət xəttinin tərəfdarları onu sovet qoşunlarının Mərkəzi və Şərqi Avropadan çıxarılmasında günahlandırırlar. 1999 - cı illərdə Şevarnadzeyə iki sui - qəsd olub və Rusiya dövlətinin məxfi xidmətlər və ya hərbi kəşfiyyat kimi elementləri hər iki halda şübhə altına düşüblər.

Rusiya Gürcüstanın qərbyönümlü prezidenti Mixail Saakaşviliyə qarşı çoxdan təcavüz hazırlamışdı və məqsəd onun hakimiyyətini sarsıtmaq və Gürcüstanın NATO -ya daxil olmasına mane olmaqdı. Əsarətdə olan milli azlıqla bağlı iddialara baxmayaraq, Cənubi Osetiyanın separatçı rəhbərliyi, əsas etibarilə, əksəriyyəti DTK, Sovet məxfi polisi, Rusiya hərbi xidməti və ya Sovet Kommunist Partiyasında xidmət etmiş etnik ruslardan ibarətdir.

Son illərdə Moskva abxaz və cənubi osetinlərin əksəriyyətinə Rusiya vətəndaşlığı verib və demək olar ki, hər iki ərazinin tədrici ilhaqını reallaşdıraraq, iki separatçı respublika arasında sıx iqtisadi və bürokratik əlaqələrin qurulması istiqamətində hərəkət edib.

Qonşu dövlətlərin suverenliyini sarsıtmaq məqsədilə, bu dövlətlərdə yaşayan "müdafiə olunmuş" əhalinin yaradılması üçün Rusiya vətəndaşlığından istifadə hazırda keçmiş sovet sərhədlərinin yenidən müənnətdəşdirilməsinəaparan sürüşkən yoldur.

Qorxunc Dil. Strateji Hərəkətlər

Gürcüstana qarşı təcavüz Ukrayna və Avropaya da işarədir. Rusiya hücum və qorxutma şahmat oyunu oynayır. Keçmiş prezident və hazırki Baş nazir Vladimir Putin ötən yaz Rusiyanın NATO - ya daha bir namizəd olan Ukraynanı "parçalaması" və 1954 - cü ildə - hər iki ölkə Sovet İttifaqının tərkibində olarkən Rusiyadan Ukraynaya verilən Krım yarımadasının ayrılamsı barədə danışırdı.

Bu gün Ukrayna vətəndaşlarının 50 faizədək hissəsi rus dilində öz doğma dillərində olduğu kimi danışır, etnik ruslar isə, Ukrayna əhalisinin təqribən beşdə birini təşkil edirlər. Moskvanın dəstəyi ilə bu insanlar Cənubi Osetiya və Abxaziyanın ardınca Rusiya Ananın qoynuna doğru getməyə məcbur edilə bilərlər. Buna baxmayaraq, Ukrayna prezident Viktor Yuşşenko və Baş nazir Yuliya Timoşenko kimi Qərbyönlü liderləri, Moskvayönlü Ukrayna Regional Partiyası faktiki olaraq, üzvlüyün əleyhinə çıxdığı zaman NATO - ya daxil olmaq arzusunu ifadə ediblər. NATO - nun Ukraynadakı düşmənləri Rusiyanın Gürcüstandakı hərəkətləri ilə təşviq ediliblər.

Rusiya Müstəqil Dövlətlər Birliyi üzvlərinin NATO kimi qərb strukturlarına inteqrasiyası barədə Amerika və Aİ-nin bəyannamələrini sabotaj edə bilər. Gürcüstanda rejimin dəyişdirilməsinə cəhd edən Moskva, həmçinin, neft, qaz və digər xammallar üçün Mərkəzi Asiya və Azərbaycanı Qara dəniz və sərhəddən kənardakı okean marşrutları ilə birləşdirən enerji və nəqliyyat dəhlizləri üzərində nəzarəti ələ keçirməyə çalışır.

Qərbin həqiqət saatı

Azərbaycan Qərbin hazırki müharibəyə reaksiyasını qırğı kimi müşahidə edir. Birləşmiş Ştatlar və onun Avropalı müttəfiqləri Rusiyanın təcavüzünü dayandırmaq üçün bütün mümkün diplomatik tədbirləri görməlidirlər. ABŞ və onun müttəfiqləri Rusiyadan qoşunlarını Gürcüstan ərazisindən çıxarmağı və onun ərazi bütövlüyünü tanımağı tələb etməlidirlər.

ABŞ və Avropaya münaqişəni beynəlmiləlləşdirmək lazımdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Aİ və BMT digər beynəlxalq müşahidəçiləri Gürcüstana göndərməlidirlər və eyni zamanda, Rusiya qoşunlarının çıxarılması üçün vasitəçi səylər gücləndirilməlidir.

Cənubi Osetiyadakı məsələni, həmçinin, gələcək abxaz problemlərini birdəfəlik nizamlamaq üçün danışıqlar Aİ və ya ATƏT kimi neytral forumda başlamalıdır. Bu, Tbilisinin dəfələrlə təklif etdiyi kimi, həmin ərazilərə Gürcüstan dövləti çərçivəsində tam muxtariyyətin verilməsi yolu ilə edilə bilər. Təəssüf ki, bu gün belə ehtimal 50 faizdən azdır.

Bundan əlavə, Birləşmiş Ştatlar, onun müttəfiqləri və digər ölkələr Moskvaya siqnal göndərməlidirlər ki, 19 - cu əsr üslubunda təsir sahəsinin yaradılması və keçmiş Sovet İttifaqı sərhədlərinin yenidən müəyyənləşdirilməsi dünya üçün təhlükədir.

Moskvanın planı beynəlxalq hüquq pozulmadan yerinə yetirilə bilməz və ardınca ölüm və məhv - rus xalqı və digərlərinin ödəməli olmadıqları qiyməti gətirə bilər.

ABŞ və onun Avropalı müttəfiqləri Mosvkaya bildirməlidirlər ki, Gürcüstana təcavüz dayandırılmazsa, Rusiya çox şeyi, o cümlədən Soçi Qara dəniz kurortunda 2014 - cü ilin Qış Olimpiya Oyunlarının keçirilməsini, G-8-də üzvlüyü, həmçinin, Qərb bazarlarına çıxışı itirə bilər.

Müəllifin rəyi Trend İnformasiya Agentliyi redaksiyasının rəyi ilə üst-üstə düşməyə bilər.

Bakıda yanan məişət tullantıları söndürülüb
Bakıda yanan məişət tullantıları söndürülüb
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Loading Bars
Xəbər lenti
Postmünaqişə dövrünün reallıqları - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Roma papasının Aİ-dəki nümayəndəsi koronavirusdan ölüb
Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regionda baş verən son prosesləri müzakirə edib
Dekabrın 6-na USD/AZN rəsmi məzənnəsi
Livanın informasiya naziri istefa verib
İsmayıllıda qanunsuz heyvan kəsimi məntəqələri aşkarlanıb
Muğanbankda struktur dəyişikliyi
Bu günə qədər "YAŞAT" Fonduna daxil olan vəsait açıqlandı
Azad edilən ərazilərdəki faciələrin 53 faizi qanunsuz səfərlərlə bağlıdır - DİN
“AzerGold” barəsində yayılan neqativ xəbərlərlə bağlı açıqlama yayıb
“The Banker” ABB-ni “İlin bankı” elan etdi!
Azad edilmiş ərazilərdə "yaşıl enerji" zonasının yaradılması üzrə konsepsiya hazırlanıb
İllik sosial təminat xərcləri 2018-2021-ci illərdə 60% artıb - Nazir
Bakıda yanan məişət tullantıları söndürülüb
Xaricdə təhsil almış daha 67 nəfərin diplomu tanınmayıb
Ceyhun Bayramov ATƏT-in media azadlığı üzrə nümayəndəsi ilə görüşüb (FOTO)
Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı
Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bir neçə bərpa olunan enerji növü var - Təbriz Əmmayev
FHN mina axtarışında ilk dəfə itlərdən istifadə edib
Gömrük postunda 137 kiloqramdan artıq heroin aşkarlanıb
Siyəzəndə COVİD-19 xəstəsi sükan arxasında saxlanıldı
UNEC İqtisadi Forumu: Postpandemiya dövründə biznes transformasiyası (FOTO)
Yelo Bank LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verdi (FOTO)
Ceyhun Bayramov ukraynalı həmkarı ilə nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib
Masazırda şəhid Nicat Salahovun il mərasimi keçirilib (FOTO)
Latviyada təyyarə eniş zolağından çıxıb - Hava limanı bağlanıb
Bakıda narkotik alveri edən daha bir dəstə yaxalandı (FOTO/VİDEO)
Bakıda NATO-nun təlim kursu keçirilib
Qubada əl qumbaraları tapılıb
Gələn ildən kənd təsərrüfatı üzrə verilən bütün aktivlər sığortalanacaq - Nazir
Cənubi Qafqazda vəziyyət həssas qalmaqdadır - Ann Linde
Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb
Bakının mərkəzində yanğın olub
Şəmkirdə xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb (FOTO)
Pensiya ilə yanaşı, müavinətlər də artacaq - Sahil Babayev
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib (FOTO)
Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır
Türkiyə-Azərbaycan birgə universiteti yaradılacaq
İqlim təhlükəsizliyi ilə bağlı regional əməkdaşlıq platforması yaradıla bilər
17 nəfərə qarşı dələduzluq edən vəkilin şikayəti təmin edilmədi
Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb - Nazir
Qarabağın inkişaf strategiyası hazırlanır - Rəhman Hacıyev
Qarabağda kənd təsərrüfatının inkişafı üzrə işlərin miqyası 2022-ci ildə genişləndiriləcək - Nazir
Qəbələdə Uşaq Reabilitasiya Mərkəzi istifadəyə verildi (FOTO)
Yasamalda avtomobildən 10 min manatdan artıq pul oğurlanıb (FOTO/VİDEO)
Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirib - MN
Amnistiya aktının icrasında prokurorluq orqanlarının da üzərinə məsuliyyətli iş düşür - Heydər Yusifzadə
Türkiyənin “Hürkuş” təlim təyyarəsi Azərbaycanda sınaqdan keçirilib (FOTO)
Avstraliya Ermənistan və Azərbaycanı sərhədin delimitasiyası və demarkasiyası məsələsini həll etməyə çağırır
OPEC-in qərarı neftin ucuzlaşması riskini yüksəldir
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)
Azərbaycan həmkarlar ittifaqlarının əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər (FOTO)
Mövsümi xəstəliklər artıb: koronavirusla qripi necə ayırd edək?
Füzuli və Ağdamda su hövzələri minalardan təmizlənir - Polkovnik (VİDEO)
“Sumqayıt Tikinti Xidmət” ASC özəlləşdirilir
16 saylı cəzaçəkmə müəssisəsindən 14 məhkum azadlığa buraxılıb (FOTO)
FHN minalarla bağlı vətəndaşlara çağırış edib (FOTO/VİDEO)
Türkiyədə inflyasiya son üç ildə ən yüksək səviyyəyə çatıb
Bakıda məktəb direktoru iki həftəlik karantinə cəlb edildi
Amnistiya aktı çərçivəsində 260 nəfər cərimədən azad edilib
İrandan Azərbaycana narkotik gətirən şəxsə hökm oxundu
ADU Konfutsi İnstitutunun təqdimatı keçirilib (FOTO)
“AzerGold” QSC-nin Müşahidə Şurasının növbəti iclası keçirilib (FOTO)
Amnistiya aktı çərçivəsində 17 saylı cəzaçəkmə müəssisəsindən 122 məhkum azadlığa buraxılıb (FOTO)
2022-ci ilin büdcəsində dəyişiklik edilib
YARAT Müasir İncəsənət Məkanı 10 illik yubileyini qeyd edir
Türkiyə Qarabağda seysmik stansiyaların quraşdırılmasında Azərbaycana dəstək verəcək
Amnistiya aktı 65 qadına şamil edilib
Bakıda söyüşə görə qətl törədən 21 yaşlı gəncə ağır cəza verildi
İtaliya və Türkiyə mətbuatı Azərbaycan Ombudsmanının Ermənstanla bağlı hesabatlarından yazıb (FOTO)
Hesablama Palatasının gələn il üçün xərclər smetası haqqında qərar layihəsi qəbul olunub
Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb
Azərbaycanda qanunsuz ov edən ərəblər 10 min manat cərimələnib
"bp" pandemiya dövründə enerji ehtiyatlarının idarə olunmasında çevik yanaşma tətbiq edən ilk şirkət olub
2 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb (FOTO)
Artilleriya bölmələrində döyüş atışlı təlimlər keçirilib (FOTO/VİDEO)
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
“Əlil sahibkarlara dəstək” layihəsinə start verilib (FOTO)
15 yaşı tamam olanlara bu qaydalarla şəxsiyyət vəsiqəsi veriləcək
Ermənistanda general koronavirusdan ölüb
"Araz Vadisi İqtisadi Zonası”nın ərazisinin 70 hektarı minalardan təmizlənib
Sabah ilin sonuncu Günəş tutulması baş verəcək
Sabah hava yağmursuz keçəcək
15 saylı cəzaçəkmə müəssisəsindən 7 məhkum azadlığa buraxılıb (FOTO)
Kirayə qalan şəxsin xərcləri ünvanlı yardımda nəzərə alına bilər - DSMF sədri
Əli Əsədov qiymət artımından danışdı
Gələn il də əhalinin sosial müdafiəsi gücləndiriləcək
Subsidiyaların verilməsinə nəzarət ciddi şəkildə gücləndiriləcək - Hökumət başçısı
Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir - Baş nazir
İndiyə qədər vaksinasiyaya xərclənən vəsaitin həcmi açıqlanıb
Nobel Oil əsaslı rebrendinq elan edir
Ordu quruculuğu ən vacib məsələlərdən biridir - Əli Əsədov
“Hamı üçün layiqli iş – heç kim kənarda qalmasın” mövzusunda konfrans keçirilib (FOTO)
Elçin Quliyev helikopter qəzasında xəsarət alan hərbçilərə baş çəkib
Diplomatlara sığorta ödənişi ilə bağlı dəyişiklik layihəsi təsdiqlənib
Hərbçilərin sığortası ilə bağlı layihəni qəbul olundu
Nikahın qeydə alınması və pozulmasına görə rüsumlar artırılır
Bir sıra sosial ödənişlərin minimum məbləğləri artırıla bilər
Bu sənədlərlə bağlı yeni rüsumlar müəyyənləşib (SİYAHI)
Kağız və kitab ƏDV-dən azad olundu
Bütün xəbərlər