...

Ermənistanın Cənubi Osetiyaya humanitar yardım göstərməsi separatizmin dəstəklənməsidir - Azərbaycan politoloqları

Siyasət Materials 14 Avqust 2008 17:47 (UTC +04:00)
Ermənistanın Cənubi Osetiyaya humanitar yardım göstərməsi separatizmin dəstəklənməsidir - Azərbaycan politoloqları

Azərbaycan, Bakı, 14 avqust / Trend , müxbir İ.Əlizadə/ Azərbaycan politoloqları hesab edirlər ki, Ermənistanın Cənubi Osetiyaya humanitar yardım göstərməsi rəsmi İrəvanın separatizmi dəstəkləməsi və Rusiyadan asılı vəziyyətdə olması ilə bağlıdır.

"Ermənistanın müstəqil siyasət həyata keçirmək imkanı yoxdur" - cümə axşamı Trend -a politoloq Rasim Musabəyov bildirib.

Trend -un arayışı: Gürcüstan avqustun 8 - də ərazi bütövlüyünü bərpa etmək üçün Cənubi Osetiyada hərbi əməliyyatlara başlayıb. Bundan sonra Rusiya bu ölkənin ərazisinə zərbərələr endirib. Rusiyanın hücumu nəticəsində Gürcüstan böyük itgilərlə üzləşib, ölkənin bir necə rayon və şəhəri dağıdılıb, infrasturukturlara ciddi ziyan dəyib. Beynəlxalq təşkilatların və aparıcı dövlətlərin vasitəçiliyi ilə avqustun 12 - də Rusiya və Gürcüstan arasında atəşkəs sazişi imzalanıb.

Artıq dünyanın onlarla dövləti Gürcüstana humanitar yardım göstərmək haqqında qərar qəbul edib. ABŞ - dan humantar yardım gətirən təyyarələr bir necə saat əvvəl Tbilisi hava limanına eniblər.

Ermənistan isə, Cənubi Osetiyaya humanitar yardım göstərmək haqqında qərar qəbul edib.

"Rusiya Cənubi Osetiya, Abxaziya və Dnestryanı bölgənin separatçılarına dəstək verir. Azərbaycan ərazisində olan Dağlıq Qarabağ separatçıları isə, Ermənistan tərəfindən idarə olunur. Gürcüstanda baş verən son hadisələr zamanı Ermənistan Cənubi Osetiya separatçıları ilə bir yerdə idi", - deyə politoloq əlavə edib. Onun fikrincə, rəsmi İrəvan Gürcüstanla münasibətləri açıq şəkildə pozmaq istəmir və ona görə də hadisələrin üstündən sükutla keçdi. Lakin onların Cənubi Osetiyaya yardım göndərməsi ilə bağlı qərarı Ermənistanın bu məsələdə mövqeyini sübuta yetirir.

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Aydın Mirzəzadə Trend -a bildirib ki, Ermənistanın Cənubi Osetiyaya yardım göndərmək qərarı Rusiyanın həyata keçirdiyi siyasətlə bağlıdır. Rusiyanın hücumları nəticəsində, Gürcüstanın erməni əsilli vətəndaşları da ziyan çəkiblər. Lakin onların taleyi Ermənistanı maraqlandırmır. Çünki İrəvan müstəqil hərəkət edə bilmir.

Mirzəzadə hesab edir ki, Ermənistan bununla separatizmə dəstəyini davam etdirdiyini göstərir. "Ermənistan işğal etdiyi Azərbaycan ərazisində yaratdığı Dağlıq Qarabağ və digər separatçıların müstəqil olmasına çalışır. Cənubi Osetiyaya yardım göndərilməsi haqda qərar bunu sübüt edir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti