...

İran və Türkiyə arasında beş sənəd imzalanıb

Siyasət Materials 15 Avqust 2008 11:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 avqust / Trend / İran və Türkiyə rəsmiləri arasında aparılan müzakirələrin sonunda beş sənəd imzalanıb. Terrorizmlə mübarizə, cinayətkarlıq və norkotiklərə qarşı mübarizə, ekologiya və turizm, yük daşımaları, milli kitabxana sahəsində əməkdaşlıq üzrə sənədlər iki ölkə başçısının iştirakı ilə İstanbulda imzalanıb. Bu barədə İranın "İRİNN" xəbər saytı məlumat yayıb.

Sənədləri imzalama mərasimindən sonra İran prezidenti Mahmud Əhmədinejad iki ölkə arasında olan əlaqələrin genişlənəcəyinə əminliyini ifadə edib. O qeyd edib ki, iki dost ölkə arasında əlaqələrin genişlənməsinə heç bir məhdudiyyət yoxdur.

O, iki ölkə arasında mal dövriyyəsinin gələn 4 il ərzində 1 milyard dollardan 2 milyard dallara qədər artacağını bildirib.

Əhmədinejad İran və Türkiyəni region ölkələri üçün sülh, təhlükəsizlik və inkişaf istəyən iki böyük və güclü ölkə adlandırıb.

Türkiyə prezidenti Abdulla Gül öz növbəsində İran və Türkiyə sərhədlərində dörd yüz illik təhlükəsizliyi və sabitliyi xatırladaraq, İranın uranı zənginləşdirmək proqramına dair "5+1" qrupu ilə müzakirələrin müsbət nəticə verəcəyinə ümid etdiyini ifadə edib.

O bildirib ki, Ankara İran xalqının uranı sülh məqsədli zənginləşdirmək istəyinə müsbət yanaşır və onların haqlarının qorunmasını arzulayır.

Görüşün sonunda iki ölkə arasında enerji sahəsində əməkdaşlığına dair müştərək bəyanat qəbul olunub.

İran və Türkiyə prezidentləri iki ölkə arasında mədəniyyət sahəsində imzalanmış sənədin 50 illik yubileyi münasibəti ilə gələn ili (2009-cu il) İran və Türkiyənin mədəniyyət ili elan ediblər.

İran prezidenti cümə axşamı İstanbula iki günlük rəsmi səfərə gəlib.

Xəbər lenti

Xəbər lenti